Azərbaycan millisi Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib.

 

8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saat 17:00-da başlayıb.

Görüşün taleyini 1 qol həll edib. Abdulla Xaybullayevin 25-ci dəqiqədə vurduğu qol yığmamıza minimalhesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 5 xalla ilk pillədə qərarlaşıb. Litva isə 4 xalla ikinci sıradadır.

UEFA Millətlər Liqası
IV tur

4 oktyabr

17:00. Azərbaycan – Litva 1:0

8-ci km qəsəbə stadionu.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.