İrandan Rusiyaya qaz nəql edəcək kəmərin maliyyələşdirilməsinin əsas hissəsini Moskva qarşılayacaq. Bu barədə İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali “Vedomosti”yə bildirib.
Səfirin sözlərinə görə, qaz kəmərinin marşrutu Azərbaycan ərazisindən keçəcək. O, layihəni dəstəkləyən tərəflərə təşəkkürünü də ifadə edib.
“Maliyyələşdirmənin əsas hissəsi Rusiyadan həyata keçiriləcək. Lakin biz bu layihə üzərində hər üç ölkə – Rusiya, İran və Azərbaycan birlikdə işləyirik”, – deyə Cəlali bildirib.