2026-cı ilin əvvəlindən Azərbaycanın əhalisi 11 099 nəfər artıb. Eyni zamanda ilin ilk yarısında həm nikahların, həm də boşanmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkə əhalisinin sayı 10 milyon 273 min 450 nəfər təşkil edib.
İlin əvvəlindən əhalinin sayı 11 099 nəfər və ya 0,1 faiz artıb.
Əhalinin 54,3 faizi şəhər, 45,7 faizi kənd sakinləridir. Cins bölgüsünə görə isə əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
Azərbaycanda 19 mindən çox nikah qeydə alınıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin ilk yarısında 19 224 nikah qeydə alınıb.
Eyni dövrdə 9 776 boşanma rəsmiləşdirilib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.
Beləliklə, statistik göstəricilər ilin ilk yarısında Azərbaycanda həm nikahların, həm də boşanmaların intensivliyinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə azaldığını göstərir.