Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda əkin sahələrinin yalnız 24,5 faizi sığortalanıb

User 08 Sentyabr 2026 - 16:34
ekin

Azərbaycanda bu il 343 min hektar əkin sahəsi sığortalanıb. Bu göstərici ölkənin ümumi əkin sahəsinin 24,5 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda illik orta hesabla 420-450 min hektar əkin sahəsi sığortalanır. Fond ölkənin əkin ərazilərinin 96 faizini, kənd təsərrüfatı istehsalının isə 95 faizini sığortalamaq imkanına malikdir.

“Ölkədə ümumilikdə əkin əraziləri 1,4 milyon hektarı əhatə edir. Fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması Aqrar Sığorta Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin və kənd təsərrüfatı ilə bağlı qəbul edilmiş Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Bu məqsədlə maarifləndirmə və təşviqat tədbirləri həyata keçirilir”, – deyə L.Alıyeva-Məmişova qeyd edib.

Fond rəsmisi fermerlər üçün əsas stimulun sığorta ödənişləri olduğunu vurğulayıb. Bildirib ki, bu ödənişlər təsərrüfatların fəaliyyətinin davamlılığını təmin edir və fermerlərin növbəti illərdə də aqrar sığortadan yararlanmaq marağını artırır.

Qeyd edək ki, hazırda Azərbaycanda ümumi əkin sahəsi 1,4 milyon hektardır. Bu il sığortalanan 343 min hektar ərazi həmin sahələrin təxminən dörddə birini əhatə edir.

AzPost.az

Post navigation

Previous: Məhkəmə Anar Əsədli barəsində qərar verdi
Next: Ağdaşın keçmiş icra başçısı vəfat etdi

Oxşar xəbərlər

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.