Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə ticarəti 6,1 milyard dollara çatdı

Azərbaycan ilə Avrasiya İqtisadi Birliyi arasında 2025-ci ilin yekunlarına görə ticarət dövriyyəsinin həcmi 6,1 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 5 faiz çoxdur.

Azpost.info bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov deyib.

Onun sözlərinə görə, bu fakt tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyündən xəbər verir.

“Ötən il Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 5 milyard dollar olub. Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvü deyil. Lakin tərəflər arasında möhkəm iqtisadi-ticarət əlaqələri qurulub. Azərbaycan birlik üzvü olan ölkələrə Xəzər dənizindəki limanlara və beynəlxalq dəniz marşrutlarına çıxış imkanı verir. Birlik isə Azərbaycana 185 milyon əhalisi olan bazarı təqdim edir ki, bu da ölkənin sənayesinin, aqrar və nəqliyyat-logistika sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq əlaqələrinə, Avrasiya məkanının iqtisadi inkişafına təkan verən faktor kimi baxmaq lazımdır”, – deyə ticarət nümayəndəsi nəzərə çatdırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.