Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib

User 02 Aprel 2026 - 17:18 (Last updated: 02 Aprel 2026 - 17:18)
69ce6c25d6d5a69ce6c25d6d5b17751357815ea6ab36a85d42cd737bc4c6f5d4bafc

Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

XİN-dən APA-ya verilən xəbərə görə, sözügedən qətnaməyə əsas həmmüəllif ölkələr olan Türkiyə, Gürcüstan, Ekvador, Keniya, Malayziya və Tailand ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlər, Birləşmiş Krallıq, Kanada, Yaponiya, Avstraliya, Braziliya, Efiopiya eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən bir sıra digər dövlətlər milli qisimdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həmmüəllif kimi qoşulublar.

 

 

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

 

Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır.

 

Qətnamədə rəqəmsal texnologiyaların, həmçinin süni intellekt sistemlərinin korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə oynadığı mühüm rola, hər kəsə dövlət xidmətlərinin bərabər çatdırılmasına, həmçinin təbii fəlakətlərə hazırlıq, cavab tədbirlərivə bərpa işləri kontekstində dövlət xidmətlərinin əhəmiyyəti məsələlərinə diqqət ayrılır.

 

Qətnamə 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

 

Qətnamədə həmçinin İnsan Hüquqları Şurasının 65-ci sessiyasında fəlakətlərə hazırlıq, cavab tədbirləri və bərpa kontekstləri də daxil olmaqla dövlət xidmətlərinin çatdırılmasının insan hüquqlarının təşviqi və qorunmasında, həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu mövzusunda panel müzakirəsinin keçirilməsi qərara alınır.

 

Azərbaycanın təşəbbüsü ilə daha öncə 2018 və 2023-cü illərdə BMT-nin İnsan Hüquqları Şurasında konsensusla qəbul edilmiş 37/7 və 52/8 nömrəli eyniadlı qətnamələrin əsasında irəli sürülmüş cari qətnamənin yekdilliklə qəbul edilməsi və ona çox sayda dövlətlərin həm-müəllif qismində qoşulması, ölkəmizin dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılmasısahəsində müsbət təcrübəsinə və bu sahədə beynəlxalq müstəvidə öncül roluna beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir.

AzPost.az

Post navigation

Previous: Bakıda və bəzi bölgələrdə külək güclənəcək –
Next: Hərbi-Həkim komissiyasının sabiq rəisinin istintaqı tamamlanıb

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.