Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Azad olunmuş ərazilərə yayda yarım milyon turist səfər edib

User 24 Oktyabr 2025 - 13:28 (Last updated: 24 Oktyabr 2025 - 13:28)
şuşa turizm

Oktyabrın 24-də Dövlət Turizm Agentliyinin dəstəyi və Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Xankəndi şəhərində “Turizm sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə” mövzusunda tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qarabağ Universitetinin, həmçinin Xankəndi, Xocalı, Ağdərə, Ağdam və Şuşada fəaliyyət göstərən turizm sənayesi təmsilçiləri və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər vurğulayıblar ki, Qarabağın zəngin təbiəti, mədəni və tarixi abidələri bölgədə turizmin geniş inkişafına böyük imkanlar yaradır. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına şərait yaradır. Artıq bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onların 20-si Xankəndi şəhərində yerləşir. Dövlətin turizm sektoruna göstərdiyi dəstək nəticəsində bu sahədə yeni obyektlərin sayı gündən-günə artır. Son aylar bölgəyə həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.

Turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb. “Yolumuz Qarabağa” və “e-Polis” portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər.

Qeyd edək ki, tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri ilə panel müzakirəsi təşkil olunub, turizm sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı və bu istiqamətdə dövlət dəstəyi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə regionun turizm sənayesini təmsil edən şirkət və təşkilatların nümayəndələri fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər, gələcək planlar və təkliflər barədə təqdimatlar ediblər.

AzPost.az

Post navigation

Previous: KİV: Tramp Rusiyaya sərt sanksiyaları Xarkovda uşaq bağçasına hücumdan sonra qəbul edib
Next: Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.