Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azad olunmuş ərazilərin bərpası qaydası müəyyənləşib

User 19 Mart 2022 - 15:08 (Last updated: 21 May 2025 - 20:15)
aqdam

Azad olunmuş ərazilərdə tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü barədə məlumatların Reyestrə daxil edilməsi qaydası müəyyənləşib.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla təsdiqlənən “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və söküntü işlərinin aparılmasını nəzərdə tutan dövlət orqanı (qurumu) dəyişiklik (məsələn, yenidənqurma, bərpa, təmir işləri) və söküntü niyyətinin Reyestrdə əks olunması məqsədilə elektron informasiya resursu vasitəsilə aşağıda qeyd olunan qaydada qeydiyyat orqanına müraciət edir:

– tikilidə dəyişiklik niyyəti barədə məlumatın Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin 2-ci bölməsinə (2.3.1-ci yarımbəndin 5-ci abzası istisna olmaqla) daxil edir;

– müraciət söküntü işlərinin həyata keçirilməsi ilə bağlı olduqda qurum Reyestrə daxil olaraq, tikilinin inventar nömrəsini seçir, daha sonra əsaslandırılmış müraciəti Reyestrə daxil edir. Tikili söküntüsü mümkün olan tikili kateqoriyasına aid olduğu halda, həmin müraciət avtomatik qaydada qeydiyyat orqanına göndərilir.

Tikili sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu təqdirdə isə bu Əsasnamədə qeyd olunan müraciət elektron informasiya resursu vasitəsilə avtomatik qaydada Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üzrə fəaliyyət göstərən xüsusi nümayəndəsinə, Fövqəladə Hallar Nazirliyinə, Mədəniyyət Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir.

Aidiyyəti qurumlar 3 (üç) iş günü müddətində öz rəylərini Reyestrə daxil edirlər. Rəylər aşağıda qeyd olunan məzmunlardan birində olmalıdır:

– tikilinin sökülməsi məqsədəuyğun hesab olunur;

– tikilinin sökülməsi məqsədəuyğun hesab olunmur (səbəbi göstərilməklə).

Rəylərin hamısı müsbət olduğu təqdirdə, tikilinin sökülməsinin məqsədəuyğunluğu haqqında məlumat sistem tərəfindən avtomatik olaraq Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş göndərilir.

Rəylərdən bir və ya bir neçəsi mənfi olduqda isə qeydiyyat orqanı tərəfindən tikilinin sökülməsinin məqsədəuyğun olmadığı haqqında məlumat Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş (mənfi rəylər də əlavə olunmaqla) göndərilir. Rəy mənfi olduqda, qurum tərəfindən əlavə əsaslandırma təqdim edilməklə yenidən müraciət oluna bilər.

Fərdi yaşayış evlərinə münasibətdə dəyişikliklər, həmçinin söküntü işləri aparıldıqdan, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə sənədi alındıqdan və ya söküntü aparıldıqdan sonra bu barədə məlumatların Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrə daxil edir.

Reyestrə daxil edilmə tarixləri müvafiq məlumatların sistemə işlənildiyi tarixə uyğun olaraq avtomatik qaydada verilir.

Post navigation

Previous: Zelenski “Oskar” mərasiminə dəvət edildi
Next: “Putin həmişəkindən daha sağlam və daha adekvatdır” – Lukaşenko

Oxşar xəbərlər

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33

xƏBƏR

abs seçki menteqe
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59
ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər. Иu barədə...
Read more about ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi
4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir? burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq” tramp
  • Dünya

Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq”

User 04 Noyabr 2026 - 09:27
Yol polisi sürücülərə müraciət edib yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq” tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.