“Azad və firavan Rusiya bütün dünyanın maraqlarına uyğundur”- BLİNKEN

“ABŞ rusların düşməni deyil və heç vaxt Rusiyada hökuməti devirməyə cəhd etməyib”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Helsinki meriyasında çıxışı zamanı deyib.

“Bizim Rusiya hökumətini devirmək kimi bir məqsədimiz yoxdur, heç vaxt da olmayıb. Ruslar gələcəklərinin necə olacağına özləri qərar verməlidirlər”, – Blinken bildirib.

Dövlət katibi qeyd edib ki, ABŞ 30 ildən artıqdır ki, Moskva ilə sabit münasibətlər üzərində işləyir. Çünki azad və firavan Rusiya bütün dünyanın maraqlarına cavab verir.

Azpost.info

 

Əvvəlki məqalə

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulunun müddəti uzadıldı

Sonrakı məqalə

“Rusiya və Ukrayna dialoqu üçün heç bir ilkin şərt yoxdur”