“Azadinfo.az” saytının rəhbəri saxlanılıb –

Baş Prokurorluq
10 Sentyabr 2021 - 10:57

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.