AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.
Bu barədə “Azərbaycan Hava Yolları QSC”-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
⠀
“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, – məlumatda vurğulanıb.
⠀
Xatırladaq ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.