AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində aviabiletləri əvvəlcədən almağı tövsiyə edir

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

AZAL-dan bildirilib ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Əvvəlki məqalə

Ermənistan Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulmadı

Sonrakı məqalə

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi