Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. A.Quliyev Twitter hesabından bu sözləri yazıb:
  • “Azərbaycan növbəti uğura imza ataraq Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu keçənilki göstəricidən 5 pillə yuxarıdır. 190 ölkə arasında ölkəmizi ən islahatçı 20 ölkə sırasına çıxaran cənab Prezidenti təbrik edirəm”.