Azay Quliyev QHT Şurasındakı yoxlamadan danışdı:"Qeyri-adi hadisə baş verməyib"

Hesablama Palatasının QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlaması barədə xəbər yayılıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev gününsesi.info-ya deyib ki, hər bir qurumda aparılan yoxlamalardan biri də onun rəhbərlik etdiyi Şurada aparılır: “Yəni, bu bir prosedurdur. Burada qeyri-adi hadisə baş verməyib. Mən istəməzdim bu yoxlamanı ictimailəşdirib, mahiyyətindən kənara çıxarsınlar. Normal bir prosedurdur.  Qanun pozuntuları ilə bağlı yekun rəy yox yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir” –

Sonrakı məqalə

Ermənistanda müxalifət tərəfdarları hökumət binasına soxulublar