Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan BMT-nin dörd ofisini bağlayır –

User 05 Mart 2025 - 12:49 (Last updated: 21 May 2025 - 20:15)
azer bmt

Rəsmi Bakı BMT-nin dörd ofisinin – BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

AzPost bildirir ki, bu barədə APA məlumat yayıb.

APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan hökuməti artıq BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib.

Hökumətin əsaslandırmasına görə, bir halda ki bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb, onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur. Azərbaycan, əslində, hazırda maliyyə resursu məhdud olan BMT-yə yardım edib. Onu əlavə ofislər saxlamaqdan xilas edir. BMT isə bu resursları konkret böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər.

Məlumatda deyilir ki, digər beynəlxalq təşkilatlar kimi, BMT-nin strukturları da uzun illər ərzində Azərbaycana münasibətdə heç də ürəkaçan fəaliyyət göstərməyib.

Azərbaycan vaxtilə məcburi köçkünlər məsələsini qaldıranda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bu məsələnin onların mandatına uyğun olmadığını bildirdi. UNHCR mandatının məcburi köçkünlər deyil, qaçqınlarla məşğul olmaq olduğunu vurğulayırdı.

UNHCR-in 2021-ci ildə Azərbaycan tərəfinin təkidinə baxmayaraq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Talış kəndinə getmək istəməməsi də unudulmayıb. Daha sonra təşkilat yalnız “ictimailəşdirilməmək şərti ilə” əraziyə baş çəkə biləcəyini qeyd etmişdi.

 

UNDP də bu sırada yer alır.  2022-ci il avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər, minatəmizləmə və digər aidiyyəti məsələlərə həsr olunmuş beynəlxalq konfrans təşkil edilmişdi. BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəsi Şuşa şəhərinə səfərdən imtina etmişdi. Azərbaycan tərəfində olan məlumata görə, Vətən müharibəsindən sonra keçmiş Dağlıq Qarabağ ərazisinə keçməmələri ilə bağlı BMT-dən onlara qeyri-rəsmi təlimat gəlmişdi.

Azərbaycan hökuməti BMT ilə əməkdaşlığı davam etdirmək niyyətini dəfələrlə qeyd edib. Azərbaycan 2026-cı ildə World Urban Forumuna ev sahibliyi də edəcək. Ümumdünya Şəhər Forumu (WUF) 2001-ci ildə məhz BMT tərəfindən yaradılıb.

Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın BMT ilə əməkdaşlığı davam edəcək. Bu əməkdaşlıq birbaşa BMT-nin mərkəzi qərargahı və ya regional ofisləri ilə qurulacaq. Buna səbəb isə bəzi təşkilatların Azərbaycan nümayəndəlikləri ilə bağlı yaranmış çoxsaylı suallar, bəzi təşkilatların isə öz işini yeni dövrün tələblərinə uyğun qura bilməməsi və fəaliyyətsizliyidir.

Post navigation

Previous: “Ukraynanın taleyi necə olacaq? – Tramp dünyanı niyə dağıdır?” –
Next: Makron bu gün Fransa xalqına müraciət edəcək

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.