Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda bu şəxslər odlu silah gəzdirə bilər

User 23 Yanvar 2025 - 16:20 (Last updated: 21 May 2025 - 20:15)
silah gəzdirə bilər

silah gəzdirə bilər

Azərbaycanda bu şəxslər odlu  silah gəzdirə bilər.

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

AzPost APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah gəzdirə bilər.

Layihəyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış vətəndaşlar odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.

Dünyanın 178 ölkəsində silah gəzdirməyə icazə verilir. Bir sıra ölkələrin qanunvericiliyi vətəndaşların özünü müdafiə və yaxud da ov etmək məqsədilə odlu silah gəzdirmək hüququnu təmin edir.

Dünyada silahın saxlanmasının və satışının qadağan olduğu ölkələr də var. Bunlar Çexiya, İrlandiya, Almaniya və Böyük Britaniyadır.

Maraqlıdır ki, 2023-cü ildə ABŞ Federal Məhkəməsi narkotik aludəçilərinə silah sahibi olmaq qadağasını ləğv edib.

O vaxt qadağanın ləğv edilməsinə səbəb avtomobildə tapança və yarı avtomatik tüfəng, həmçinin marixuana ilə saxlanılan Patrik Danielsin işi olub. O, bəzən narkotikdən istifadə etdiyini etiraf edib.

Daniels dörd il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, Federal Məhkəmə bildirib ki, ABŞ Konstitusiyasına ikinci düzəliş şəxsin özünü müdafiə məqsədi ilə ictimai yerlərdə silah gəzdirmək hüququnu qoruyur.

Post navigation

Previous: Yemək bişirmək üçün hansı yağ daha yaxşıdır? –
Next: Hərbi çağırışdan boyun qaçıranlar üçün cərimə artırılır

Oxşar xəbərlər

Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
qadinlarherbi
  • Sosial

Gələn il müharibə veteranlarının 80 manatlıq təqaüdü artırıla bilər?

User 12 Noyabr 2026 - 09:15
infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42

xƏBƏR

Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
Havanın soyuması ilə təkcə temperatur deyil, insanların xəstələnmə riski də dəyişir. Payızın sonu və qış aylarında qrip,...
Read more about Soyuq havalarda hansı xəstəliklər artır?
Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır? bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir? telefon sarj
  • Maraqlı

Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir?

User 12 Noyabr 2026 - 09:27
Gələn il müharibə veteranlarının 80 manatlıq təqaüdü artırıla bilər? qadinlarherbi
  • Sosial

Gələn il müharibə veteranlarının 80 manatlıq təqaüdü artırıla bilər?

User 12 Noyabr 2026 - 09:15
Azərbaycan Konstitusiyası 31 yaşında – Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Ali Qanun konstitusiya
  • Baş Yazı

Azərbaycan Konstitusiyası 31 yaşında – Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Ali Qanun

User 12 Noyabr 2026 - 09:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.