“Azərlotereya” nın “Poz, qazan!” lotereya biletlərinə kütləvi maraq və mübahisələr məni bu oyun barədə məlumatları araşdırmağa vadar etdi.
Rəsmi açıqlamada deyilir ki, satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.
Satışa qoyulmuş “Qızıl 7” ani lotereyasının rəsmi göstəricilərinə baxdım.
“Qızıl ” ani lotereyası adı olan bu lotereya 23 noyabr 2021 – ci il tarixində 190 qeydiyyat nömrəsi ilə Mərkızi Bank tərəfindən qeydiyyata alınıb.
“Qızıl ” ani lotereyasını almışam. Bir neçə dəfə xırda məbləğlər udandan sonra daha almadım.
Biletin bəzi məqamları diqqətimi çəkdi:
Rəsmi açıqlamada deyilir ki, satışa buraxılmış lotereya biletlərinin ümumi sayı 75 milyon 600 min ədəddir. Uduş fondunun məbləği isə 47 milyon 805 min 200 manatdır.
Uduşlu biletlərin sayı 17 milyon 093 min 735 ədəddir.
Belə məlum olur ki, satışa oyulmuş 58 milyon kartda uduş yoxdur!
Digər məqam:
1,2,5 manatlıq kiçik məbləğlər olan 16 milyondan bir qədər çox bilet uduşludur. Bu biletlərə 32 milyon 960 min manat uduş qoyulub.
Buradan aydın olur ki, bütün Uduş Fondunun 60 faizi xırda uduş məbləğləri olan biletlərin ödənişinə gedir.
Amma Uduş Fondunun necə formalaşması naməlum qalır.
Lotereya haqqında qaydalara görə, Uduş Fondu satılan lotereya biletlərinin pullarından formalaşır.
Burada “Azerloteraya”ya suallar yaranır:
– Uduş Fondu necə müəyyən olunub?
-“Qızıl” ani lotereyanın dövriyyəyə buraxldığı 15 aprel 2022-ci ildən bu günə qədər 75 milyon biletdən neçəsi satılıb?
– Satışdan əldə olunun pulların nə qədəri Uduş Fonduna yönəldilib?
Rəsmi açıqlamlarda bu barədə heç bir məlumat yoxdur.
Bu vəziyyət lotereyanın şəffaf keçirilməsi barədə iddialarla nə dərəcədə üst-üstə düşür?
Yəqin ki, bu suallara bir cavab var.
Lotereya şans oyunu kimi maraqlıdır. Onun şəffaf idarəçiliyi insanlarda daha çox etimad yaradır.
X.SƏFƏROĞLU
Azpost.info