“Azneft”in layihə rəhbəri Mədəniyyət Nazirliyində şöbə müdiri təyin olundu

Mədəniyyət Nazirliyində kadr islahatları davam edir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Zemfira Hüseynbəyli Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Təyinata qədər o, Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.

İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir.

İngilis, rus, türk dillərini bilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Belarusu Rusiyadan qoparmaq cəhdlərinə sərt cavab verəcəyik” –

Sonrakı məqalə

Vətəndaşların 81,2 faizi Prezidentin kadr islahatlarını və korrupsiya ilə mübarizəni dəstəkləyir –