AzTV-nin əməkdaşı yol qəzasında öldü –

FOTO
02 Sentyabr 2020 - 22:41

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. 

Bu barədə televiziyanın sosial şəbəkədə paylaşdığı xəbərdə bildirilib.

Qeyd edilib ki, operator Məmmədov Sərxan Məhəmməd oğlu yolu keçərkən onu avtomobil vurub: “Əməkdaşımızı xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!”.