Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan dili fənni üzrə imtahan nəticələri açıqlanıb

User 20 May 2022 - 17:19 (Last updated: 21 May 2025 - 20:15)
imtahan

Məlum olduğu kimi, 2022-ci il 8 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən verilən xəbərə görə, İmtahan nəticələri mayın 20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə iş nömrəsi və şəxsi kabinetinin parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 20555 nəfərdən 414 nəfər imtahana gəlməyib.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

8 may imtahanından “qeyri-məqbul” qiymət alanların yaz qəbul imtahanlarında iştirakına da icazə verilir. Mayın 8-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may 2022‑ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 22-24 may tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Post navigation

Previous: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Müşahidə Şurasının tərkibi təsdiqlənib
Next: “MDB sanksiyalara qarşı birgə mübarizə aparmalıdır” –

Oxşar xəbərlər

neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.