Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına tarixi fürsət yaranıb

User 11 Dekabr 2024 - 00:00 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan

Ümid edirik ki, Qarabağın işğaldan azad edilməsi sayəsində yaranan tarixi fürsət Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə səfirlərinin 15-ci konfransında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə münaqişələr və müharibələrlə dolu bir bölgədə yerləşir.

“Əminəm ki, türk diplomatiyası bölgəmizdə sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək”, – deyə Ərdoğan vurğulayıb.

Prezident Türkiyənin müdafiə sənayesinin uğurlarına diqqət çəkərək, yerli hərbi-sənaye kompleksinin inkişafı ilə bağlı qərarın “Ankaranın müttəfiqlərinin adekvat dəstəyinin olmamasına cavab olaraq qəbul edildiyini” xatırladıb.

“Sevindirici haldır ki, bu gün Türkiyənin müdafiə təyinatlı məmulatlara olan tələbatının 80 faizə qədəri yerli müəssisələr hesabına ödənilir”, – deyə Türkiyə lideri qeyd edib.

Suriyadakı vəziyyətə toxunan Ərdoğan əmin edib ki, Ankara suriyalı qardaşlara hər cür dəstəyi verməyə davam edəcək.

“Ümid edirəm ki, Suriyadakı yeni administrasiya öz cəmiyyətinin bütün təbəqələrinin maraqlarını nəzərə alacaq”, – deyə siyasətçi əlavə edib.

Post navigation

Previous: Həmas girovların siyahısını Misirə təhvil verib
Next: Futbol əfsanəsi Messi Bakıya gəlib

Oxşar xəbərlər

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.