Azərbaycan yığması bu gün Estoniya ilə qarşılaşır

aze yiqma futbol

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

C liqasının I qrupunda yer alan yığma Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq. Matçı Şotlandiyadan olan referi Con Biton idarə edəcək.

Qeyd edək ki, qrupda xalı olmayan Azərbaycan seçməsi sonuncu sırada qərarlaşıb. Estoniya isə 3 xalla 3-cü yerdədir.