Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Azərbaycanda dini icma rəhbərləri Zəfər Günü ilə bağlı Bəyanat yayıb

User 04 Noyabr 2025 - 14:13 (Last updated: 04 Noyabr 2025 - 14:13)
seyx-dini-icma01

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Biz – Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan xalqının yaddaşına, dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm gün – Vətən müharibəsində Zəfərin beşinci ildönümü ərəfəsində dünya ictimaiyyətinə müraciət etməkdən şərəf duyuruq. Dünya miqyasında haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirən Vətən müharibəsindəki tarixi Zəfərin doğurduğu qürur və əzəmət olduqca böyükdür. Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə «Qarabağ Azərbaycandır» ideyası ətrafında səfərbər olan Azərbaycan xalqı ən ülvi arzularını gerçəkləşdirdi. Azərbaycan dövləti müdrik siyasi idarəçilik, liderinin qətiyyəti, Ali Baş Komandanın yenilməz sərkərdəliyi, qəhrəman zabit və əsgərlərdən ibarət şanlı Ordusunun rəşadəti sayəsində bu uğura imza ata, beynəlxalq hüququn ona verdiyi haqqı öz qüvvəsi hesabına reallaşdıra bildi. Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Haqq mübarizəsinin qalibiyyət dastanı kimi dünya tarixi səhifələrinə daxil olmuş möhtəşəm Zəfər Günü bayramının sevinc və şərəfini daşımağa Azərbaycan xalqının tam haqqı vardır.

Azərbaycan öz ərazilərinin 30 il davam etmiş işğalına son qoymaqla təkcə ərazi bütövlüyünü bərpa etmədi, xalq-dövlət birliyinin yüksək nümunəsini, daxili monolitlik, milli-mənəvi vəhdət örnəyi nümayiş etdirdi. Vətən müharibəsində Qələbəmizin qüvvətverici amilləri — dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli vəhdət, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və Vətənin mənafeləri naminə birlik idi. Azərbaycan xalqı Zəfəri böyük qurbanlar bahasına əldə etmişdir. Qazandığımız Zəfərdə hər bir azərbaycanlının payı vardır. Bu mücadilədə canından keçmiş minlərlə şəhidlərimizə Allah-Təala rəhmət eləsin! Sağlamlığını itirmiş qəhrəman qazilərimizə Uca Allah şəfa bəxş etsin! Vətən müharibəsində bütün xalqımız, bütün etnik qrupların, bütün dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib zəfərə yetişdilər. Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələri Azərbaycanın haqq işi uğrunda bizimlə çiyin-çiyinə cəbhədə vuruşdular, dünyaya bizimlə birgə haqq səsimizi ucaltdılar. Şəhid övladlarımızı birlikdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, bizim yaşam tərzimiz, multikultural dəyərlərimizin təntənəsidir.

Qarabağ Zəfəri dünya tarixində epoxal əhəmiyyətli qələbələr silsiləsindəndir. Bu Zəfər beynəlxalq hüququn xalqın iradəsi ilə həyata keçirilməsinin təzahürü, güclü, müdrik liderin qalibiyyət manifesti oldu. Bu manifest bu gün də davam edir –Azərbaycanın səsi Vaşinqton Sülh Sammitindən, Yaxın Şərq Sülh Zirvəsindən gəlir. Azərbaycan Prezidenti qlobal siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atır, dünyanın sülh gündəliyində ön sıralardadır. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxarət duyuruq ki, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləri, yüksək səviyyəli dövlət-din münasibətləri sayəsində, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında multikultural dəyərlərin təşviqi sahəsində unikal fəaliyyəti ilə Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir olunur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri bununla fəxr edir, Uca Yaradana xoş gedən sülh və ədalət prinsiplərinin bərqərar olması, müqəddəs dəyər olan insan həyatının xilası naminə bütün fəaliyyətlərə rəvac arzulayır, Azərbaycan Prezidentinin bu yolda bütün səy və əməllərinə xeyir-dualar diləyirik.

 

Məhz İlham Əliyev cənablarının rəhbərliyi ilə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrinin aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının bərpası, məhv edilmiş mədəni-mənəvi irs abidələrimizin yenidən inşası bizi hədsiz sevindirir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi qürurlandırır. Biz, Azərbaycan dindarları Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Azərbaycan Prezidentinin ölkəmizdə və bölgədə davamlı sülh, əmin-amanlıq və tərəqqini təmin edən müdrik siyasi dəst-xəttini hər zaman dəstəkləyir, Uca Yaradandan xeyir-dualar diləyirik.

Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin 5-ci ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! Uca Yaradanımız Öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından:

Sədr:

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Üzvlər:

Milix Yevdayev

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti

Aleksandr Şarovski

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Robert Mobili

Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri”

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Ölkədə devalvasiya riskləri varmı? –

Oxşar xəbərlər

dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
neriman
  • Din

“Quran”da hicab məsələsi –

User 12 Oktyabr 2026 - 17:30
seyx esas
  • Din

Şeyxülislam Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

User 06 Oktyabr 2026 - 22:05

xƏBƏR

Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı 12 iyul 2026-cı il tarixində...
Read more about İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.