Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərbaycanda süni inflyasiyanın qarşısı alınmalıdır” –

User 25 May 2022 - 13:48 (Last updated: 21 May 2025 - 20:15)
vahid ehmedov

“İnflyasiya xarici səbəblərlə yanaşı, daxildən olan problemlərdən də qaynaqlanır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, xaricdən kifayət qədər məhsul ixrac etdiyimiz üçün o məhsulların qiymətinə baxmalıyıq: “İnflyasiya kifayət qədər yüksəkdir. Amma Azərbaycanda süni inflyasiya da yüksəkdir, bunun qarşısı alınmalıdır. Düzdür, bununla bağlı tədbirlər görülməsi nəzərdə tutulurdu. Amma düşünürəm ki, bu, kifayət etmir”.

Vahid Əhmədov hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə də ayrıca baxılmalıdır: “DSMF-nin büdcəsinin icrasını ayrıca müzakirə etməliyik”.

Deputat digər əsas problemin işsizlik olduğunu qeyd edib.

Millət vəkili büdcəyə daxilolmaların kifayət qədər yüksək olduğuna da diqqət çəkib: “Proqnozlaşdırma institutu Azərbaycanda necə fəaliyyət göstərir, mən bilmirəm. Proqnozdan əlavə vəsaitlər toplanır. Proqnozlaşdırma institutunun fəaliyyətinə baxmaq lazımdır. Çünki vəsait proqnozdan çox olanda bəzən problemlər yaranır. Büdcə Məcəlləsinin qəbul edilməsinə də ehtiyac var. Hesablama Palatasından xahiş edirəm ki, tenderlərlə, satınalmalarla bağlı məsələlərə yenidən baxılsın, bu məsələlər araşdırılsın”.

Vahid Əhmədov onu da qeyd edib ki, işğaldan azad olunan ərazilərdə 1 ildə görülən işlər bəlkə başqa ölkələrdə 5 ildə görülə bilməz.

Post navigation

Previous: Ölkədə proprsional seçki sistemi bərpa olunur? –
Next: “Rus diplomatının istefası rəsmilər arasında gizli narazılığı üzə çıxardı” –

Oxşar xəbərlər

Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37
DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03

xƏBƏR

Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı...
Read more about Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur? urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.