Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanlı və erməni ekspert qrupu birgə bəyanat yaydı –

User 10 Dekabr 2023 - 14:13 (Last updated: 21 May 2025 - 20:15)
az ermeni ekspert

Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsi üçün etimad quruculuğu tədbirləri üzrə birgə Ermənistan-Azərbaycan qrupu Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının 7 dekabr  tarixli birgə bəyanatını dəstəkləyib.

Birgə qrup tərəflər arasında məhbusların azad edilməsi və digər etimadın möhkəmləndirilməsi tədbirləri haqqında razılaşmanı xüsusilə alqışlayıb. Birgə qrup üzvləri hesab edirlər ki, bu bəyanat ikitərəfli münasibətlərin normallaşması və danışıqların bərpası prosesində mühüm addımdır.

Onlar “bölgədə çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var” fikrini də alqışlayırlar.

Birgə qrup tərəflərin “münasibətləri normallaşdırmaq və suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq” niyyətini dəstəkləyiblər.

“Birgə Əlaqə Qrupumuz 2021-ci ilin yayından etimad quruculuğu tədbirləri üçün ideyalar hazırlamaq və onların həyata keçirilməsi üçün siyasi və ictimai dəstəyi səfərbər etmək üçün işləyir”, – deyə birgə qrupun üzvləri qeyd edirlər.

“Biz məmnunuq ki, Ermənistan və Azərbaycan liderləri yaxın gələcəkdə effektiv olacaq əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı müzakirələri davam etdirəcəklərini bəyan ediblər. İndi ikitərəfli münasibətlərin normallaşması prosesi fasiləsiz davam etdirilməlidir, o cümlədən məhbusların oxşar şəkildə azad edilməsi kimi növbəti humanitar addımlar, habelə itkin düşmüş şəxslərlə bağlı məsələlər üzrə. Biz onların iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə kömək edəcək və bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləmək üçün beynəlxalq ictimaiyyətə çağırışlarına qoşuluruq. Biz erməniləri və azərbaycanlıları bu anın əhəmiyyətini dərk etməyə və regionda davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləməyə çağırırıq”, – deyə birgə qrupun bəyanatında bildirilir.

Birgə qrupa iki ölkənin vətəndaş cəmiyyəti fəalları və ekspertləri daxildir.

Ermənistandan qrupa Benjamin Poqosyan (həmməruzəçi), Conni Melikyan, Stepan Qriqoryan, Taron Hovhannisyan, Tatevik Ayrapetyant və Gevorq Melikyan daxildir.

Azərbaycandan qrupa Əhməd Əlili (həmməruzəçi), Mehman Əliyev, Şəhla İsmayıl, Gülməmməd Məmmədov, Ramazan Səmədov, Anar Vəliyev daxildir. (Turan)

Post navigation

Previous: Prezident İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edir
Next: Ən çox avtomobil hansı gömrük məntəqəsində növbə gözləyir? –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı...
Read more about “Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.