Bəhram Bağırzadə “Instagram” hesabında paylaşım etdi:

"Nə bacardımsa..." (FOTO)
18 İyul 2020 - 10:00

Bir aydan çox koronavirusdan müalicə alan Bəhram Bağırzadə “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.