Rusiya prezidenti Vladimir Putinlə Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə arasında telefon danışığı olub.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Liderlər Rusiya-Bəhreyn əməkdaşlığının gələcək inkişafını müzakirə ediblər.
Söhbət zamanı Bəhreyn kralı ölkədə qanunun aliliyinin qorunması və sabitliyin təmin edilməsi maraqları naminə Rusiya hakimiyyətinin həyata keçirdiyi tədbirləri dəstəklədiyini bildirib.
“Bəhreyn kralı ikitərəfli münasibətlərin dostluq xarakterini vurğulayaraq, Rusiya rəhbərliyinin ölkədə qanunun aliliyinin qorunması və sabitliyin təmin edilməsi maraqları naminə həyata keçirdiyi tədbirləri dəstəklədiyini bildirib”, – məlumatda deyilir.
Putin Həməd bin İsa Əl Xəlifəni və bütün Bəhreyn xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Azpost.info