“Bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür”-ƏRDOĞAN

Millətin iradəsi seçki qutusunda təzahür edir, seçki qutusu ilə siyasətçilərə mesajını çatdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

“Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamız və milli iradəmizdir. Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür. Seçki qutusunun gücünü gücləndirən hər kəs qalib gəlib. Təəssüf ki, seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Son 2 ayda 52 fərqli şəhərdə oldum, xalqımla bütünləşdim. Nəticə budur, baş verən hər şeydə bir xeyir var”, deyə Ərdoğan qeyd edib. (APA)

Əvvəlki məqalə

Ağdaşda narkotik və oğurluda şübhəli bilinən 23 nəfər saxlanılıb

Sonrakı məqalə

Rusiya Ukraynaya nota verib