Bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin sayı açıqlanıb

Bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb.

“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər.

MSK sədri həmçinin bələdiyyə seçkilərində 66 mindən artıq müşahidəçinin akkreditasiyadan keçdiyini də bildirib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 82 dollara yaxınlaşıb

Sonrakı məqalə

Şəhid anası yenidən məktəb direktoru oldu