Bələdiyyə seçkilərində səsvermə başa çatdı –

Seçici fəallığı açıqlandı YENİLƏNİR
23 Dekabr 2019 - 20:09

Bələdiyyə seçkilərində səsvermə başa çatıb.

Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Qeyd edək ki, bələdiyyə seçkiləri 118 dairəni, ümumilikdə 5049 seçki məntəqəsi əhatə edir.

Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. (APA)

**

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32,72 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib və seçkilər saat 19:00-da başa çatıb. (APA)