Bəşər Əsəd parlament seçkilərini təxirə saldı –

Koronavirua görə
14 Mart 2020 - 23:17

Suriya prezidenti Bəşər Əsəd ölkədə aprelin 13-ə təyin edilmiş parlament seçkilərinin mayın 20-dək təxirə salınması ilə bağlı fərman imzalayıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Suriya liderinin katibliyi məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Suriya prezidenti parlament seçkilərinin aprelin 13-dən mayın 20-dək təxirə salınması haqqında fərman imzalayıb.

Qeyd edək ki, Suriya hökuməti əhalinin koronavirusa yoluxmasının qarşısını almaq məqsədilə martın 14-dən aprelin 2-nə qədər təhsil müəssisələrində dərslərin dayandırıldığını elan edib.

“SANA”nın məlumatına görə, hökumət dövlət qurumlarını yerli vaxtla 09:00-dan 14:00-a qədər azaldılmış iş qrafikinə keçirmək qərarına gəlib.