“Bəşəriyyət növbəti pandemiya ilə üzləşəcək”- BAYDEN

ABŞ prezidenti Co Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, Bayden bunu Vaşinqtonda keçirilən ABŞ-Afrika Sammitində deyib.

“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”, – ABŞ prezidenti deyib.

O qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir: “Bu, şübhəsiz ki, olacaq”.

Bayden həmçinin əlavə edib ki, ABŞ 49 Afrika ölkəsinə 231 milyon doza vaksin çatdırıb.

Azpost.info

Əvvəlki məqalə

Kəlbəcər, Laçın və Xocavənddəki mövqelərimiz atəşə tutulub –

Sonrakı məqalə

Laçın yolunda etriaz aksiyası davam edir