Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib.
Azpost.info bildirir ki, Ərdoğan bununla bağlı dövlət başçısının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.