Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bəzi çatdırılma şirkətləri qida təhlükəsizliyinə əməl etmir

User 09 Oktyabr 2025 - 18:15 (Last updated: 09 Oktyabr 2025 - 17:32)
yemekxana

İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindən biridir. Təəssüflə qeyd edək ki, agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol verdiyi aşkar olunub.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.

Aşkar olunmuş əsas uyğunsuzluqlar aşağıdakılardır:

− müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;

− mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;

− texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

− xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;

− xammalların müşayiətedici sənədlərinin olmaması

− yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;

− məhsulların saxlanma qaydalarına əməl edilməməsi;

− dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;

− işçi heyətin ilkin və dövri tibbi müayinədən keçməməsi.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl edilmədiyi təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir.

Nəzarət tədbirləri davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Next: Kiçik sahibkarlara 9 ayda nə qədər kredit verilib?

Oxşar xəbərlər

dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37

xƏBƏR

ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançesə və ispan xalqına başsağlığı verib....
Read more about İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.