Bərdədə canavarlar kəndə hücum edib –30 baş qoyunu parçalayıb (FOTO)

Bərdə rayonunun Saatlı kəndində canavarlar kəndə hücum edib.

Təsərrüfat sahibi Xəyyam Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, vəhşi heyvanlar qoyunçuluq təssərrüfatına gecə saatlarında hücum çəkib: “Canavarlar sürü halında mənim təssərüfatıma hücüm edib. Tövləyə girən canavarlar 30 baş qoyunu parçalayıb, 8 baş qoyunu isə yaralayıb”.

Müsahibimiz deyir ki, kənddə belə hadisələr arabir olur. Amma son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib: “Əvvəllər də kəndə canavar hücumu olub. Amma arabir, tək-tək canavara rast gəlinirdi. İndi canavarlar kəndə sürü halında hücum edir. Hadisə baş verən gecə də sürü halında olublar. Yırtıcılar daxil olub fermaya, fermanın içində xırdabuynuzlu heyvanları parçalayıb, parçalaya bilmədiyində yaralayıb. 38 baş heyvanın 30-u tələf olub, qalanları da yaralanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Niyaməddin Musayev koronavirusa yoluxub –

Sonrakı məqalə

Nobel prospektinin adı dəyişdirildi –