Bəşər Əsəd:“Avropa Ərdoğandan qorxur, ona möhtacdır”

“Avropa üçün ən təhlükəli şey Suriyada terrorizmə verdikləri dəstəkdir”.

Azpost.info bildirir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

Qarşıdurmaların başladığı gündən bu vaxta qədər milyonlarla insanın Türkiyəyə qaçdığını deyən Əsəd Avropanın həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qorxduğunu, həm də qaçqınların Qərbə getməsinin qarşını almaq üçün ona möhtac olduğunu bildirib.

Suriya Prezidenti Avropanın terrorçuları dəstəkləməsini ikiüzlülük adlandırıb: “Aralarında bir neçə terrorçunun olduğu milyonlarla mülayim insandan necə qorxa bilərsiniz? Bəs bu terrorçuları niyə birbaşa dəstəkləyirsiniz?”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kraliçanın gizli saxlanılan məişət həyatı –

Sonrakı məqalə

Boliviyada yenidən prezident seçkiləri keçiriləcək –