Kraliçanın gizli saxlanılan məişət həyatı –Ayaqqabısını başqası geyinir, şlyapası məxfidir

“Hello” jurnalı krallığın qarderobçusu və konfidantı Angela Kellinin “Medalın tərs üzü: kraliça, kostyumçu və qarderob” kitabından bəzi hissələri dərc edib.

Azpost.info BBC-yə istinadən bildirir ki, qarderobçu  ən yüksək səviyyədə alınmış icazə ilə  Kraliçanın qarderobundan və məişət sirlərindən yazıb.

Ceyms Bondla birgə filmdə

Rejissor Denni Boyle kraliça II Yeilzavetaya  2012-ci ildə Londonda keçirilən yay olimpiadasının açılış mərasimində Ceyms  Bondla birlikdə bir epizoda çəkilməyi təklif edəndə, o, heç düşünmədən razılıq verib.

Kelliyə şaftalı rəngli iki eyni paltar tikmək tapşırılıb: biri kraliçaya, digəri vertolyotdan stadiona tullanacaq dublyora.

Kraliçanın ayaqqabılarını əvvəlcə köməkçiləri geyinir

Angela Kelly təsdiq edib ki, həqiqətən də kraliça ayaqqabılarını əvvəlcə başqalarına verir – geyinib genəltsinlər deyə.

Monarxın belə köməkçiləri olduğunu 2010-cu ildə “Sunday Times” jurnalına müsahibəsində krallıq kuturyesi Stuart Parvin də demişdi: “Ayaqqabı həmişə rahat olmalıdır. Kraliçanın ayaqqabılarını geyinən kimsə var. Kraliça “Ayaqqablarım narahatdır, yeriyə bilmirəm” deyə bilməz. Onun hüququ var ki, kimlərsə ayaqqabılarını geyinsinlər və genəltsinlər”.

Bunu kitabında krallıq kostyumçusu da təsdiqləyib: “Kraliçanın özünə ayıra biləcəyi vaxt çox azdır, ona görə də ayaqqabılarını başqaları genəldir”.

Kelli etiraf edib ki, bu işlə o özü də məşğul olub, çünki kraliçayla ayaq ölçüləri eynidir.

 Kraliça Askotdakı at yarışına hansı rəngdə şlyapayla gedəcəyini gizli saxlayır

Yelizaveta  Askotdakı at yarışına getməsi nəinki onun geyim stilinin pərəstişkarlarını, o cümlədən, bukmeyker kontorlarının daimi müştərilərini də həyəcanlandırır – onlar kraliçanın həmin gün hansı rəngdə şlyapa qoyacağını təxmin etməyə çalışırlar.

Hətta bir dəfə Angela Kelli kontorlardan birinin rəhbəriylə görüşüb belə mərclərin qəbulunu nə vaxt dayandırmaqla bağlı razılığa gəlməli olubmuş. Yarışdan bir gün əvvəlsə sarayda müxtəlif rəngli bir neçə şlyapa nümayiş olunub – kraliçanın seçəcəyi rəngi son ana qədər heç kim bilməsin deyə.

Mişel Obamayla qucaqlaşma protokola zidd olmayıb
Angela Kelli hesab edir ki, II Elizabeth-in Mişel Obamaya onu qucaqlamaq imkanı verməklə saray etiketini pozması barədə dünya mətbuatında yazılanlar şişirtmədir.

“Kraliça o möhtəşəm qadına sevgi və sayğısını büruzə vermək istəyib və bu, çox təbii arzudur. Bununla bağlı hər hansı protokol yoxdur. Kiminsə öz incə duyğularını büruzə vermək istəməsi və ya Zati-alilərinə bir neçə pilləkəni çıxmaqda kömək etməsi sadəcə xeyirxahlıqdır. Kraliça bunları minnətdarlıqla qəbul edir. Kraliçanın yaxınlığında olan heç bir şəxs təhlükəli deyil, onların hamısına etibar etmək olar” – Kelli belə yazıb.

2009-cu ildə ABŞ prezidentinin Britaniyaya səfəri zamanı Mişel Obama Bukingem sarayında əlini kraliçanın kürəyinə qoymuş, buna görə mətbuat onu protokolu pozmaqda günahlandırmışdı.

2018-ci ildə yazdığı “Təşəkkül” adlı kitabında Michelle Obama da bu hadisəni xatırlayıb; yazıb ki, o məqamda hər ikisi rəsmi tədbirlərdən yorulubmuş, bir-birilərinə hündürdaban ayaqqabıya görə ayaqları ağrıdığını etiraf edirlərmiş və o, kraliçaya mənəvi dəstək olmaq üçün əlini onun kürəyinə qoyub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda yeni neft yatağı kəşf edildi –

Sonrakı məqalə

Bəşər Əsəd: