“Terrorçuların olduğu zəlzələ yerlərinə yardım etməyin” –Bəşər Əsədin qızının paylaşımı qəzəb doğurdu

Suriya prezidenti Bəşər Əsədin qızının sosial mediada paylaşımı rezonans yaradıb. 

Azpost.info bildirir ki, 19 yaşlı Zein Əsəd intagramda təqibçilərini Suriyanın müxalifətin nəzarətində olan, zəlzələ baş vermiş bölgələrə yardım göndərməməyə çağırıb.

İtaliyanın nufuzlu  “Corriere della Sera” qəzetində yer alan xəbərdə deyilir ki, Zein Əsəd “diqqətli olun, o bölgələrə yardım göndərməyin” ifadəsini işlədib.

“Xahiş edirəm, kimə yardım etməyinizə diqqət edin. İdlibdə terrorçuları dəstəkləyən qruplar var. Bu yardımlar Hələb, Lazkiyə və Homaya gedib çatmayacaq” -deyə Bəşər Əsədin qızı yazıb.

Bu paylaşım böyqk narazılıq doğurub.

Qeyd edək ki, Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Həma, Latakiya və Tartus rayonlarında axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.   SANA informasiya agentliyinin xəbərinə görə, Hələb, Latakiya, Hama və Tartus rayonlarında hökumətin nəzarətində olan bölgələrdə 1250 nəfər həyatını itirib, 2045 nəfər yaralanıb.

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə də çoxlu binalar dağılıb və ya zədələnib. Suriya İnsan Haqları Şəbəkəsi (SNHR), Mülki Müdafiə (Ağ Dəbilqəlilər), yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrdən toplanan məlumata görə, Suriyanın İdlib, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı bölgələrində 2600-dən çox adam ölüb, 1280-dən çox insan yaralanıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Ölənlərin sayı 8 min 574-ə çatıb”

Sonrakı məqalə

Zelenski Londondadır