“Bəşəriyyət iqlim cəhənnəminə doğru gedir” - BMT Baş katibi

“Bəşəriyyət tam sürətlə iqlim cəhənnəminə doğru gedir”.

Azpost.info xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Qlobal temperatur yüksəlməkdə davam edir. Planetimiz sürətlə iqlim xaosunu geri dönüşü olmayan vəziyyətə gətirəcək bir nöqtəyə yaxınlaşır. Biz iqlim cəhənnəminə aparan magistral yoldayıq, ayağımız isə sürətləndiricinin üstündədir”, – Quterreş bildirib.

Baş katib noyabrın 18-dək Misirdə keçiriləcək BMT İqlim Konfransında inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında tarixi İqlim Həmrəyliyi Paktı bağlamağı təklif edib.

Quterreşin sözlərinə görə, sənəd qlobal orta temperaturun müəyyən səviyyədən yuxarı qalxmasının qarşısını almaq üçün səylərin artırılmasını nəzərdə tutur.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Füzuliyə səfər etdi –

Sonrakı məqalə

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Günü ilə bağlı Prezidenti təbrik edib