Bəxtiyar Hacıyev Ombudsmanla görüşub

İctimai fəal Bəxtiyar Hacıyev İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva ilə görüşüb.

Bu barədə B.Hacıyev özü məlumat yayıb. Bildirib ki, görüş bu gün baş tutub: “Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək, ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi”.

Qeyd edək ki, martın 8-də qadın fəalların keçirdiyi aksiyadan 1 gün sonra yürüş iştirakçılarından biri, Nərmin Şahmarzadənin feysbuk hesabı ələ keçirilib. Onun yaxın çevrəsinə daxil olan bir neçə şəxslə şəxsi mesajlaşmaları paylaşılıb. Həmin şəxslər arasında Bəxtiyar Hacıyev də var, o, paylaşımlardan DİN-ə şikayətçi olaraq onların saxta olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Buraxılış imtahanlarının tarixi barədə yanlış məlumatlar yayılır”

Sonrakı məqalə

İran gəmisi Aralıq dənizində hücuma məruz qalıb