Beyləqanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürən şəxs saxlanılıb

Beyləqanda boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gedərək həmin müəssisədə çalışan keçmiş həyat yoldaşı, 1994-cü il təvəllüdlü Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayaraq öldürüb.

Hadisə şahidlərinin  verdiyi məlumata görə, iş yerinə gələn N. İsmayılov söhbət etmək üçün K. Bəhrəmlini müəssisənin həyətinə çağırıb. Bir müddət mübahisə etdikdən sonra K. Bəhrəmlinin iş yoldaşları onları ayırmaq istəyib. Bu vaxt keçmiş ər cibindən çıxardığı bıçaqla qadına bir neçə zərbə endirib. Hadisəni törədən N. İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstirahət günləri üçün hava proqnozu

Sonrakı məqalə

Bağçalara uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək –