Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bağdad Amreyev: Azərbaycan türk dünyasının iki böyük hissəsini birləşdirən əsas ölkələrdən biridir

User 25 Sentyabr 2026 - 16:36 (Last updated: 25 Sentyabr 2026 - 16:36)
Bağdad Amreyev

Azərbaycan türk dünyasının iki böyük hissəsini birləşdirən əsas ölkələrdən biridir.

Bunu Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.

O bildirib ki, Azərbaycan hazırda həm Türkiyə, həm də Mərkəzi Asiya ilə əlaqələrin inkişafında mühüm rol oynayır:

“Azərbaycan türk dünyasını birləşdirir, türk məkanının iki böyük hissəsini bir-birinə bağlayır. Bu, Azərbaycan olmadan mümkün deyil. İstənilən bağlantı və logistika layihəsi Azərbaycandan yan keçə bilməz. Son illərdə Azərbaycan və Mərkəzi Asiya arasında real inteqrasiya prosesləri sürətlənib. Bunun əsas amillərindən biri Türk Dövlətləri Təşkilatının və türk dövlətlərinin inteqrasiyasına xidmət edən Türk İnvestisiya Fondunun yaradılmasıdır”.

Nümayəndə bildirib ki, Azərbaycanın bu proseslərdə fəal iştirakı müsbət qiymətləndirilir: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın inteqrasiya proseslərindəki əhəmiyyətini daha da artıra bilər. Bu proses uğurlu olarsa, digər dövlətlər də türk dünyasının regionunda əməkdaşlığa daha fəal şəkildə qoşulmağa başlayacaqlar”.

Bağdad Amreyev həmçinin vurğulayıb ki, Türk İnvestisiya Fondunun əsas prioriteti türk dövlətləri arasında inteqrasiyaya xidmət edən layihələrin maliyyələşdirilməsidir.

O bildirib ki, türk dövlətlərinin iqtisadiyyatları bir-birindən fərqlənsə də, bu fərqlər inteqrasiyaya maneə deyil: “Əksinə, ölkələrin iqtisadiyyatlarının bir-birini tamamlaması əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Fondun investisiya siyasəti bu prinsipə əsaslanır. Bütün inteqrasiya layihələri birgə müəssisə formasında olmasa da, hər bir birgə müəssisə özlüyündə inteqrasiyaya xidmət edir. İnteqrasiya ölkələrin güclü tərəflərini birləşdirməli, zəif tərəflərinin aradan qaldırılmasına imkan yaratmalıdır”.

Bağdad Amrayev Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanın iqtisadi potensialının bir-birini tamamladığını qeyd edib: “bu imkanlardan istifadə türk dövlətləri arasında daha sıx iqtisadi inteqrasiyanın formalaşmasına şərait yarada bilər.

AzPost.az

Post navigation

Previous: Mikheil Khidureli: Azərbaycan qazı 16 ölkənin enerji təchizatında mühüm rol oynayır
Next: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə cinayətlərdə təqsirləndirilən 3 nəfərin məhkəməsində ittiham aktı elan olunub

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.