Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mikheil Khidureli: Azərbaycan qazı 16 ölkənin enerji təchizatında mühüm rol oynayır

User 25 Sentyabr 2026 - 16:34
Mikheil Khidureli

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə çatdırılması ölkənin enerji resurslarının regional və qlobal əhəmiyyətini artırır.

Bunu Gürcüstanın İnvestisiya Agentliyinin İcraçı direktoru Mikheil Khidureli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan qazı 16 ölkənin enerji təchizatında mühüm rol oynayır.

O qeyd edib ki, şirkətlərinin Azərbaycanda təbii qaz və kondensat yatağında pay əldə etməklə başlayan əməkdaşlığı sonradan genişlənib.

“Biz hesab edirik ki, infrastruktur regional resursları regional əməkdaşlıqla birləşdirən körpüdür. Şirkətimiz bir neçə həftə əvvəl Azərbaycanla daha bir sövdələşməni tamamlayıb və Cənub Qaz Dəhlizində iştirak payına sahib olub. Cənub Qaz Dəhlizi hasilat mərhələsindən başlayaraq Gürcüstan və Türkiyədən keçən boru kəməri sistemini və bir sıra Avropa ölkələrinə qaz tədarükünü əhatə edir. 26 milyard kubmetr illik tutuma malik və qazı 16 ölkəyə çatdıran bu dəhliz vasitəsilə Azərbaycan qazı həmin ölkələrin enerji təchizatında mühüm rol oynayır. 3 500 kilometrlik infrastruktur layihəsi Azərbaycanın region üçün strateji əhəmiyyətini də nümayiş etdirir. Azərbaycan müxtəlif regionlar arasında körpü rolunu oynayaraq böyük potensialın reallaşdırılmasına imkan yaradır”.

İcraçı direktor Xəzər dənizinin regionu ayıran deyil, ölkələri birləşdirən imkan kimi qiymətləndirildiyini bildirib: “Şirkətimiz Azərbaycanda fəaliyyətini genişləndirməklə yanaşı, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrində də yeni imkanları araşdırır”.

AzPost.az

Post navigation

Previous: Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
Next: Bağdad Amreyev: Azərbaycan türk dünyasının iki böyük hissəsini birləşdirən əsas ölkələrdən biridir

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.