Bağlanan banklardakı əmanətlər üzrə kompensasiyaların ödənilməsi bu il başa çatacaq- ADIF

“Bu ilin sonunadək əmanətçilərin bağlanan banklarda olan əmanətləri üzrə kompensasiyaların ödənilməsi tam başa çatacaq”.

APA-Economics”in məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə eyni problem “Dəmirbank”la yaşandı və Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul etdi: “Vətəndaşların hər hansı bir təqsiri yoxdur. Belə bir vəziyyət alındığına görə, vətəndaş haqlı olaraq öz pulunu tələb edə bilər. Biz əlimizdən gələni edəcəyik ki, bu pul geri qaytarılsın. Böyük ehtimalla o məbləğ bizə ötürüləcək və biz həmin pulları kompensasiya edə biləcəyik. Bunun gələn ilə keçməyəcəyinə tam əminəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kamran Əliyev Neftçalaya yeni prokuror təyin edib

Sonrakı məqalə

Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub