Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub

Ermənistan parlamentinin daha bir neçə deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub. 

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentdəki “Mənim addımım” blokunun rəhbəri Lilit Makunts deyib. 

“Dünən bir millət vəkilinin koronavirus nəticəsinin müsbət olduğunu bildirdim, daha sonra digər parlamentarilərin analizlərinin cavablarını aldıq. Daha 3 deputatda yoluxma aşkarlanıb, lakin mən onların adlarını açıqlaya bilmərəm”, – deyə blokun rəhbəri bildirib. 

Qeyd edək ki, dünən “Mənim addımım” blokunun üzvləri Viktor Yengibaryan və Kristine Poqosyan “Facebook” vasitəsilə ictimaiyyətə COVID-19 virusuna yoluxduqlarını açıqlayıblar. Müxalifət partiyası “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü və parlamentin vitse-spikeri Vahe Enfiajyan da koronavirusa yoluxduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağlanan banklardakı əmanətlər üzrə kompensasiyaların ödənilməsi bu il başa çatacaq

Sonrakı məqalə

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub