Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bahalaşmanı müsbət qarşılamaq lazımdır” –

User 27 Mart 2024 - 13:59 (Last updated: 21 May 2025 - 20:15)
rufet

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev Bakıda avtomobillərin parklanma tariflərinin kəskin artırılmasını adekvat qərar hesab edir.

O, “Report”a açıqlamasında deyib ki, bütün ölkələrdə, şəhərlərin mərkəzlərindəki qiymətlər – parklanma ödənişləri, iaşə xidmətləri, kirayələr, ümumiliklə, hər şey digər ərazilərə nisbətdə iki-üç dəfə bahadır.

Deputat qeyd edib ki, hazırda müzakirələrə səbəb olan parklanma qiymətlərinin bahalaşması haqqında qərar adekvatdır:

“Bakının mərkəzində hər şey digər ərazilərlə müqayisədə iki-üç dəfə bahadır. Hətta mərkəzdən bir neçə kilometr aralıda qiymətlər nisbətən daha aşağıdır. Parklanma qiymətlərinin də bu məsələyə uyğunlaşdırılması təəccüblü deyil. Hazırda Bakı şəhərinin baş planı hazırlanır. 2040-cı ilə qədər bu prosesə 80 milyarda qədər vəsait xərclənməsi nəzərdə tutulur. Bu prosesin bir hissəsi olaraq bütün parklanma məsələləri də tam həll olunacaq”.

R.Quliyev paytaxtın mərkəzində tıxaclarla bağlı problemləri əsas gətirərək belə bir qərarın müsbət qarşılanmalı olduğunu deyib:

“Ona görə də belə bir qərarın tətbiqi müsbət qarşılanmalıdır. Bu, ictimai nəqliyyatın inkişafı üçün də faydalı ola bilər. Sakinlər şəhərin mərkəzinə metro və ya avtobuslarla gəlsinlər. Yaxud hər kəs avtomobilini mərkəzdən kənarda münasib parklanma yerlərində saxlayıb piyada hərəkət etsin. Düşünürəm ki, belə olmalıdır”.

Qeyd edək ki, son günlərdə paytaxt Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində qiymətlər 2,6 dəfəyədək bahalaşıb. Bu da sosial şəbəkələrdə kəskin narazılığa səbəb olub.

Post navigation

Previous: Yollarda görmə məsafəsi məhdudlaşacaq
Next: Apreldə şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulunun

Oxşar xəbərlər

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.