Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

User 15 Sentyabr 2025 - 19:41 (Last updated: 15 Sentyabr 2025 - 19:41)
bak01

İnnovasiya və sürət lideri “Bakcell” 15 sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) “Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin rəqəmsal çağırışlarına hazırlamaq olub.

Görüş çərçivəsində “Bakcell” və MTK-nın rəhbərliyinin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə süni intellektin gündəlik həyat və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun iştirakı iştirakçılarda böyük maraq yaradıb. “Prompt mühəndisliyi” mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin ölkədə və beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələrinə təsiri ilə daha yaxından tanış olublar. Gənclər praktiki məşğələlər vasitəsilə öz ideyalarını vizuallaşdıraraq sessiyanın sonunda real təcrübə qazanıblar.

“Azərbaycanın rəqəmsal gələcəyi məhz gənclərin bacarığı və onların yaratdığı innovasiya ekosistemi üzərində qurulacaq. Bu istiqamətdə təşkil olunan tədbirlər Azərbaycanın gənclərinə biliklərini zənginləşdirmək, praktiki bacarıqlar qazanmaq və gələcəyin innovativ liderləri kimi formalaşmaq üçün imkan yaradır”, – deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

“Süni intellekt kimi müasir texnoloji platformaların gətirdiyi çətinliklərin öhdəsindən gəlmək üçün təhsil müəssisələri sabah yox, bu gün addım atmalıdır”, – deyə MTK-nın baş icraçı direktoru Tural Abbasov bildirib.

“Bakcell” sürətlə dəyişən dünyada gənclərin innovativ düşüncə tərzinin formalaşmasını və rəqəmsal bacarıqların inkişafını əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkədə innovasiya ekosisteminin güclənməsinə və gələcəyin işçi qüvvəsinin hazırlanmasına töhfə verir.

 

AzPost.az

Post navigation

Previous: Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq
Next: REAL sədri Natiq Cəfərli PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşüb

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
2027-ci ilin dövlət büdcəsi ilə bağlı açıqlanan proqnozlar gələn il əhalinin gəlirlərində artım gözləntilərini yenidən gündəmə gətirib....
Read more about 2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı
Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir? urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50
Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR

User 06 Noyabr 2026 - 12:45
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.