Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

User 29 Sentyabr 2025 - 19:33 (Last updated: 29 Sentyabr 2025 - 19:33)
bakcell

İnnovasiya və sürət lideri “Bakcell” “INMerge” İnnovasiya Sammitində tərəfdaş qismində çıxış edir. Sammit çərçivəsində “Bakcell”in son dövr innovasiya və süni intellekt əsaslı interaktiv stendi fəaliyyət göstərir. Stenddə “Bakcell”in təqdim etdiyi yeniliklər və süni intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək mümkündür. Bununla yanaşı, ziyarətçilər virtual reallıq (VR) texnologiyasına əsaslanan interaktiv oyunlarda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Stenddə xüsusilə quraşdırılmış robot-barista iştirakçılara yeni dövr texnologiyalar vasitəsilə hazırlanan içkilər təqdim edir.

Sammitin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller və nüfuzlu qlobal liderlərin texnologiya kommunikasiyaları, rəqəmsal inkişaf və innovasiya ekosisteminin inkişafı mövzusunda geniş müzakirəsi nəzərdə tutulub. “PAŞA Holding” tərəfindən 29-30 sentyabr tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi üçün mərkəzi platformadır. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gəlir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 





AzPost.az

Post navigation

Previous: Bölgənin tarixini zənginləşdirən kitab
Next: Qubad İbadoğlunun işi ilə bağlı saxlanılan Fazil Qasımov barəsində qərar verildi

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.