Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verilib- QİYMƏTLƏR

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “BBAK” bildiriblər. Saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat — 1 AZN
• 3-6 saat — 2 AzN
• 6-9 saat — 3 AZN
• 9-12 saat — 4 AZN
• 24 saat —- 5 AZN

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

BBAK-dən bildirilib ki, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yol polisi piyadalara müraciət etdi:

Sonrakı məqalə

Gürcüstanda maşın bazarının satıcıları tətil elan ediblər