Gürcüstanda maşın bazarının satıcıları tətil elan ediblər- Bu səbəbdən

Tbilisidə yerləşən İsani maşın bazarının satıcıları tətilə başlayıblar.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər. Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.

Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verilib

Sonrakı məqalə

Rusiyanın ATƏT-dəki səfiri: